Podolski millidən bu gün gedir

podolski-milliden-bu-gun-gedir
Oxunma sayı: 1764

Almaniya yığmasının və "Qalatasaray" klubunun üzvü Lukas Podolski millidə çıxışını yekunlaşdırır. 

Qafqazinfo” xəbər verir ki, 13 il yığmanın formasını geyinən futbolçu, bu gün Siqnal İduna Park stadionunda İngiltərə yığmasına qarşı oyunda sonuncu dəfə millinin heyətində meydana çıxacaq.

31 yaşlı  Podolski yığmanın heyətində 48 qol vurub. O, bu göstərici ilə Miroslav Kloze və Gerd Müllerdən sonra üçüncü pillədə qərarlaşıb.