Ozobiç oynadı, qol vurdu, Xorvatiya uduzdu - Video

ozobic-oynadi-qol-vurdu-xorvatiya-uduzdu
Oxunma sayı: 1694

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin də formasını geydiyi Xorvatiya millisi “China Cup 2017” turnirin 3-cü yer uğrunda matçında Çinlə üz-üzə gəlib.

“Qafqazinfo”nun məlumatına görə, görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Penaltilər seriyasında daha dəqiq oynayan çinlilər 4:3 hesabı ilə qalib gələrək 3-cü olub.

Oyunun 90+1 ci dəqiqəsində meydana çıxan Ozobiç penaltilər seriyasında komandasının ikinci qolunu vurub.