“Oyunun favoriti “Qarabağ”dı” - Vəli Qasımov

oyunun-favoriti-qarabagdi-
Oxunma sayı: 970

“Bizi çətin oyun gözləyir. “Qarabağ” bu gün Azərbaycanın ən yaxşı komandasıdır. Bizdə isə yaxşı gələcəyi olan futbolçular var”.

Qafqazinfo” xəbər verir ki, bunu “Neftçi” klubunun baş məşqçisi Vəli Qasımov Azərbaycan kubokunun finalında “Qarabağ”la keçiriləcək görüşdən öncə jurnalistlərə açıqlamasında deyib.

Qasımov həlledici görüş haqda bunları bildirib:

“Futbolçularıma inanım çoxdu. Bilirəm ki, onlar qələbə üçün hər şey edəcəklər. Çempionatın sonlarına yaxın stabil oyun göstərirdik. Komanda daxilində sistem yaratdıq. Oyunun favoriti "Qarabağ"dır. Ancaq mən də komandamın potensialına bələdəm. Futbolçular səhv etməsə, qələbə qazana bilərik. Bu gün kubok qazanmaq üçün inam və istəyimiz çoxdur. Ayltonun olmaması komandaya təsir edəcək. Onun olmamağı çətinlik yaradır. Hələ heyəti dəqiqləşdirməmişik, amma Ayltonu kimin əvəzləyəcəyini təxmini müəyyənləşdirmişik. Bizim fiaskomuz çempionatın əvvəlindən başladı. Son turlarda oyunumuzu tapdıq. "Neftçi"nin kubok istəyi daha çoxdur. Fikrimcə "Qarabağ" çempion olduğu üçün meydançaya daha rahat çıxacaq. Futbolçu kimi "Spartak"la kubok qazanmışam, istəyirəm məşqçi kimi də uğur qazanım”.

“Neftçi”nin çalışdırıcısı Kamran Ağayevin transferi ilə bağlı danışıb:

“Kamran Ağayevin "Neftçi"yə keçməsi ilə bağlı yayılan məlumatlara gəlincə, bundan xəbərim yoxdur. Sözün düzü, transferlə bağlı hələlik heç bir iş görmürük. Uşaqlarla danışmamışıq. Final oyunundan sonra danışıqlara başlayacağıq".

Qeyd edək ki, mayın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.