Oyunların vaxtı açıqlandı

oyunlarin-vaxti-aciqlandi
Oxunma sayı: 881

Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

Turun hər iki günü daha maraqla gözlənilən “Zirə” - “Qəbələ” və “Neftçi”“Sumqayıt” qarşılaşmaları ilə yekunlaşacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XVIII tur
12 fevral (bazar)

14:30. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu

16:30. “Zirə” - “Qəbələ
Zirə İdman Kompleksinin stadionu

13 fevral (bazar ertəsi)

15:00. AZAL“İnter”
AZAL Arena”

17:30. “Neftçi”“Sumqayıt”
8-ci km qəsəbə stadionu