“Oyunlardan öncəki qalmaqallar yaxşı haldır” - Video

oyunlardan-onceki-qalmaqallar-yaxsi-haldir
Oxunma sayı: 921

Referi Fariz Yusifovun Topaz Premyer Liqasının XIX turunda baş tutan "Qəbələ" - "Qarabağ" oyununu idarə edəcəyi 3 tur öncədən bəlli imiş.

Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da "Bizim futbol" verişində açıqlama verib.

Onun sözlərinə görə, həmin vacib oyuna təyinatla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla məsləhətləşiblər: "Fariz hakimlərin Antalyada təlim-məşq toplanışında olmamasına baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən hazır idi. Belə qərar qəbul etdik ki, bu məsul oyunu məhz belə təcrübəli hakimə tapşıraq. Halbuki, Farizin bundan xəbəri yox idi. Ona 1 tur öncə təyinat verdik və yüksək səviyyədə idarəçiliyi ilə "Qəbələ" - "Qarabağ" matçının öhdəsindən gələcəyinə əmin olduq. Əliyar Ağayevin "Qarabağ"la söz-söhbətləri çıxdığından onu təyinat etməyim düzgün olmazdı".

PFL prezidenti "Qəbələ"nin vurduğu ilk qolda Yusifovla yan xətt hakimi Azər Əsgərov arasında olan dialoqa da toxunub: "Qolun ilk olaraq sayılmadığı həmin epizodda elə düşündüm ki, yan xətt hakimi topun meydanda çıxdığını düşünüb. Ona görə də bayrağını qaldırdı və Fariz qolu saymadı. Ancaq sonradan baş hakimlə köməkçisi arasında söhbətdə məsələyə aydınlıq gətirdilər. Azər Əsgərovu günahlandırmaq düzgün olmazdı. O, elə zənn edib ki, top "Qəbələ"nin hücumçusundan gedib və buna görə oyundankənar vəziyyət idi. Ancaq Yusifov topun "Qarabağ"ın futbolçusundan getdiyini bildirərək anlaşılmazlığa son qoydu. Buna görə baş hakimə "çox sağ ol" demək lazımdır".