“Oyun gedir, uşaqlar topu vermir” - “Qarabağ”ın futbolçusu

oyun-gedir-usaqlar-topu-vermir
Oxunma sayı: 1755

"Azarkeşlər üçün maraqlı oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Çətin oyun keçdi".

Bu fikirləri "Neftçi" ilə matçdan (0 - 1) sonra "Qarabağ"ın futbolçusu İlqar Qurbanov "Qafqazinfo"ya açıqlamasında deyib.

Təcrübəli futbolçu daha sonra fikirlərinə belə davam edib:

"Futbolda məğlubiyyətlər olur. İstəməzdim məğlub olaq. Bir standart vəziyyətdən qol vurdular. Hər bir futbolçu meydan çıxanda istəkli və ciddi olmalıdı. Dünyanın axırı deyil. Məğlubiyyətdən dərs çıxarmaq lazımdı. Bizim hakimlər yaxşı hakimlərdi. Ola bilər qol vurduğum epizod da ofsayt yox idi. Artıq bunun önəmi yoxdu, matç artıq bitib".

İlqar Qurbanov topdaşıyan uşaqla arasında baş verən olaya da şərh verib:

"Uşaqları belə öyrətmək olmaz. 8-10 yaşlı uşaqlardı. Oyun gedir, topu vermirlər. Demək istəyirəm ki, elə şeylər etməsinlər. Yerli komandaların oyunudu, temp olmalıdı. Yəqin ki, məşqçiləri öyrədir. Bu düzgün deyil".

Elsevər