“Ot örtüyü yaxşı deyil” - Rəqib baş məşqçi

ot-ortuyu-yaxsi-deyil-
Oxunma sayı: 1256

Avropa Liqasının "pley-off" mərhələsinin cavab matçı çərçivəsində "Göteborq" sabah Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ"ın qonağı olacaq.

Qafqazinfo” xəbər verir ki, İsveç klubunun baş məşqçisi Yorgen Lennartsson mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sizi görməyimə şadam. Səbrsizliklə sabahkı oyunu gözləyirik. Düşünürəm ki, hələ də cütün favoriti "Qarabağ"dır. Amma bizim də şansımız var. Meydana çıxıb öz oyunumuzu göstərəcəyik.

- İsveçdə müdafiə futbolu oynadız. Sabah yenə eyni "Göteborq" görəcəyik?

- Təbii ki, qol vurmağa çalışacağıq. Bu da "Qarabağ"da təzyiq yaradacaq. Əlbəttə əsas işimiz müdafiə olacaq. Amma buna baxmayaraq qol vurmaq üçün də səy göstərəcəyik.

- İlk oyunda bəxtin sayəsində qalib gəldiz. 1-0 hesabı sizin üçün nə dərəcədə avantajlıdır?

- Əlbəttə ki, 0:0-dan daha yaxşı nəticədir. İlk oyunda qapımızı toxunulmaz saxlamaqla çox önəmli iş gördük. Sabah biz 1 qol vursaq "Qarabağ" 3 qol vurmalıdır. Bu da bizim xeyrimizədir.

- Penaltilərə hazırlaşmısız?

- Bu haqda danışmışıq. Amma məşq etməmişik. Bunun üçün vaxtımız da olmayıb.

- Çox enerjilisiz. Təbiətiniz belədir, yoxsa ilk oyundakı nəticəyə görə beləsiz?

- Bu işimizin bir hissəsisdir. Pozitiv görünüb futbolçularıma motivasiya verməliyəm.

- Sabah stadionda 31 000 azarkeşin olacağı sizə necə təsir edəcək?

- Stadionun tam dolu olmağını istəyirik. Bu, bizi daha da həvəsləndirəcək.

- Ot örtüyü necədir?

- Düzdür yaxşı deyil. Amma hər iki komanda eyni şərtlər altında oynayacaq.

- Sizin üçün "Viktoriya", yoxsa "Qarabağ" arzuolunan rəqib idi?

- Bu, komandaya görə dəyişir. Hər iki komanda fərqli taktikalarla oynayırlar. Bizim üçün bir fərqi yoxdur. "Qarabağ" "Viktoriya" ilə matçda çox üstün oynamışdı. 100 %-lik epizodları dəyərləndirə bilmədilər.

- "Qarabağ"ın üstünlüyü doğma meydandır. Bəs "Göteborq"un?

- İlk oyundakı nəticə bizim üstünlüyümüzdür. 1 qol da vursaq rəqibdə əlavə təzyiq yaranacaq və bu bizim işimizi asanlaşdıracaq. "Qarabağ" yaxşı komandadır, amma biz də sübut etdik ki, əzmkarlıqla da qələbə qazanmaq olar.

- Zədəli futbolçularınız var?

- Ötən oyunla müqayisədə heç bir dəyişiklik yoxdur.

- "Göteborq" isveç futboluna çox xeyir verib, yoxsa İbrahimoviç?

- Bizim klub öz zonamıza çox xeyir verib. Amma ölkə olaraq Zlatan bir nömrədir. O, Malmödəndir. Ölkəmizə çox xeyir verib.