“Onu göndərəcəyik…” - Qriqorçuk

onu-gondereceyik
Oxunma sayı: 1176

Topaz Premyer Liqasının XX turunda “İnter” doğma meydanında “Qəbələ”ni qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyun sonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşmanı şərh edib.

- Qələbədə Dmitri Bezotosninin payının çox olmasından razısınızmı?

- Komandanın oyunundan razı qaldım. Komanda şəkilində döyüşdük. Hamı mübarizə apardı.

-Uğursuz oyunlardan sonra bu günkü qələbəni tilsimin qırılması kimi adlandırmaq olar?

- Mənim yanaşma tərzim başqa cürdü. Mən seriyayafikir vermirəm. Biz məğlub olduğumuz oyunlarda yaxşı oynamışdıq. Lakin, məğlub olmuşduq. Seriya məsələsinə önəm vermirəm.

- 90 dəqiqə əvəzetmələrə əl atmadınız. Bunun səbəbi nədir?

- Səbəb yoxdur.

- Zenyov və Antonovun durumu nə yerdədi? Nə vaxt sıralara dönəcəklər?

- Zenyovda beyin silkələnməsi ciddi idi. Bir neçə gün sonra məşqlərə başlayacaq. Antonov isə təxminən 6 həftə sonra oynaya biləcək.

- Baxışda olan Emersonla bağlı fikriniz necədir?

- Onu geri göndərəcəyik.