“Onu əzişdirmək üçün hər şeyi edəcəyəm” - Zabit Səmədov

onu-ezisdirmek-ucun-her-seyi-edeceyem-
Oxunma sayı: 4368

Bu gün Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznıda Rusiya qəhrəmanı Əhməd Kadırovun 65 illiyi münasibətilə peşəkar kikboksinq gecəsi keçiriləcək. Bu gecədə WBC versiyası üzrə dünya çempionu olmaq üçün Zabit Səmədov rumıniyalı Ketelin Moroşanu ilə qarşılaşacaq.

Qafqazinfo” Qaynarinfo.Az-a istinadən xəbər verir ki, Səmədov bu görüşdən əvvəl müsahibə verib:

- Salam, Zabit. Danışın, görək, niyə siz həyatınızı idmanla bağlamısınız? Əgər siz idmanla məşğul olmasaydınız, nə işlə məşğul olardınız?

- Hamıya salam! Niyə idman, üstəlik döyüş idmanı? Çünki mənim hər günüm hadisələrlə, maraqlı insanlarla və güclü emosiyalarla doludur. Əgər mən yenə nə iləsə məşğul olmalı olsaydım, yenə idmanı arzulayardım. Bu mənim yolumdur!

- Məşqlərdən sərbəst olanda nə ilə məşğul olursunuz?

- Çalışıram ki, mümkün olduğu qədər yaxınlarımla, ailəmlə, dostlarımla olum. Onlarla olmaq mənə sevinc gətirir. Bəzən sadəcə yatmağa çalışıram. Bu da sağlamlıqdır.

- Tezliklə siz Ketelin Moroşanu ilə qarşılaşacaqsınız. Öz rəqibiniz haqda nə deyə bilərsiniz? Bu döyüşdə sizin qələbə şanslarınız necədir?

- Ketelin möhkəm, cəsur və çox yaxşı oğlandır. Sadəcə dost olmağımıza baxmayaraq, mən qələbə və onu əzişdirmək üçün hər şeyi edəcəyəm. Bu axı döyüşdür və bizim işimizdir. Sonra biz bunu axşam yeməyində müzakirə edəcəyik.

- Sizin məşq düşərgəniz necə keçdi? Diqqətinizi ən çox nəyə yönəltmisiniz?

- Təlim-məşq toplanışı tamamlanıb və bütün "Əhməd" komandası maksimum üçün hazırdır.