“Onlara demək istədim ki, “Qəbələ” çempiondur” - Subotiç

onlara-demek-istedim-ki-qebele-cempiondur
Oxunma sayı: 812

Qəbələ”nin hücumçusu Daniel Subotiçin “Qafqazinfo”ya müsahibəsi

- İlk qolu hakim əvvəlcə saymadı, sonra qeydə aldı. Orada nə baş verdi?

- Dəqiq xatırlamıram. Ancaq “Qarabağ” klubundan heç kəs heç nə demədi və ona görə də düşünürəm ki, mübahisəli mövzu deyil.

- Əgər hakim bu dəfə də təmiz qolu saymasaydı nə olardı?

- İndi bu barədə düşünmək lazım deyil. Nəsə deyə bilmərəm. Çempionatda bu vacib qələbədir? Əlbəttə bugünkü oyun qələbədir. Komanda özünü yaxşı hiss edir. Çempionat hələ davam edəcək və digər oyunları qazanmaq, komandalara qalib gəlmək lazımdır.

- İkinci hissədə “Qəbələ” müdafiəyə daha çox diqqət ayırmağa başladı...

- Yox, sadəcə oyunda elə məqamlar yarandı. Mən düşünürəm ki, biz yaxşı oynadıq. Bilirik ki, “Qarabağ” da yaxşı futbol oynamağı bacarır. Hesab edirəm ki, hər şey bizim nəzarətimizdə idi. Komandamız kompaktlığı, konsentarsiyanı itirmədi və bu çox vacib amildir.

- Oyununun ortasında azarkeşləri daha çılğın olmağa səslədiniz və formadakı loqonu öpdünüz...

- Bilirsiniz necədir, mən 3 ildir buradayam və biz çempionluq uğrunda mübarizə aparmışıq. Mən demək istədim ki, bu il “Qəbələ” çempion olacaq və istədim ki, azarkeşlərimiz buna inansın, bunu bilsin.