“Onlar futbolu başa düşən insanlardır” - Adil Şükürov

onlar-futbolu-basa-dusen-insanlardir
Oxunma sayı: 1054

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” səfərdə “Zirə”ni 2-0 hesabı ilə məğlub edib. 

Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Adil Şükürov fikirlərini bildirib: "Maraqlı oyunun şahidi olduq. Futbolda səhvlər olur və hansı komanda o səhvlərdən daha çox istifadə edirsə, o da qalib gəlir. Oyunun sonunda hücuma daha çox atıldıq. Rəqib də bundan istifadə edib, ikinci qolu vurdu. Ümumilikdə, komandamın çıxışını normal hesab etmək olar".

- Komandanızda hücumla yarımmüdafiə xətti arasında anlaşılmazlıq hiss olunur...

- Biz rəqibin cərimə meydançasına gəlib çıxırıq, amma orda son zərbə çatmırdı. Bunun üstündə daha çox işləməliyik. Komanda qalib gəlmək istəyirsə, axırıncı zərbəni vurmaq lazımdı.

- 6 oyundan sonra neçə xal toplamaq planınız var idi?

- Biz hər rəqiblə matça 3 xal üçün çıxırıq. Bu il də hədəfimiz elə idi. Ola bilər ki, gücümüz bugünkü gündə buna çatmır. Amma komandamın gücünə bələdəm. İnanıram ki, futbolçular bundan sonra daha yaxşı oynayacaqlar .

- Rəhbərlik uğursuz nəticə ilə bağlı sizə irad bildirirmi?

- Xeyr. Onlar futbolu başa düşən insanlardılar.