Ömürlük futboldan uzaqlaşdırılan millinin üzvü güllələndi

omurluk-futboldan-uzaqlasdirilan-millinin-uzvu-gullelendi
Oxunma sayı: 2338

Dünya futbolunda daha bir məyus edici hadisə yaşandı. ”Qafqazinfo” xəbər verirki, Salvador millisinin sabiq futbolçusu Alfredo Paçexo güllələnərək öldürülüb.

Yerli mətbuatın yazdığına görə, hadisə Santa Ana adlı şəhərdə baş verdib. Belə ki, ona yanacaq doldurma məntəqəsində olarkən atəş açılıb. Silahlı insidentdə 33 yaşlı oyunçunun 2 dostu da yaralanib.

Qeyd edək ki, millinin heyətində 86 matç keçirən müdafiəçi 2013-cü ildə oyun alqı-satqısına görə futboldan ömürlük uzaqlaşdırılmışdı.