Ömər Paşayev etimadı doğrultmadı - UEFA-dan AFFA-ya məktub

omer-pasayev-etimadi-dogrultmadi
Oxunma sayı: 1090

Məlum olduğu kimi, yanvarın sonu, fevralın əvvəlində İspaniyanın Malaqa şəhərində UEFA-nın hakimlər üçün təşkil etdiyi toplanış baş tutmuşdu.

Qafqazinfo” “Futbol+”a istinadən xəbər verir ki, bu seminarda Azərbaycanı iki hakim təmsil edirdi.

Əliyar Ağayev, top referilərlə bir düşərgədə yer almışdısa, bu yaxınlarda FIFA referisi adını qazanmış Ömər Paşayev nisbətən təcrübəsizlərin qrupunda idi.

Həmin kurslar zamanı Əliyar fərqlənməyi bacarıb. Belə ki, top-referilər arasında keçirilən fiziki testlər zamanı onun nəticəsi ən yüsək olub və azərbaycanlı hakim hamını qabaqlayıb. Ağayevin yazda mötəbər oyunlara təyinat alacağı şübhəsizdi.

Ömər Paşayevə gəlincə, onun həm ingilis dilindən yazılı sınaqdan, həm də fiziki testlərdən zəif nəticə göstərdiyi bildirilir. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, normativ üçün 18,2 saniyə keçid sayılsa da, gənc referinin göstəricisi 17,6 olub.

Bir neçə gün öncə Ömərin nəticəsinin qənaətbəxş olmadığına dair AFFA-ya məktub da daxil olub. Hətta buna görə assosiasiyanın baş katibi Elxan Məmmədovun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da iştirakı ilə iclas keçirdiyi bildirilir.