“Olimpiadada “gümüş” qazandığıma görə məyusam” - Güləşçimiz

olimpiadada-gumus-qazandigima-gore-meyusam
Oxunma sayı: 1189

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarında gümüş medal qazanan Xetaq Qazyumov dünən hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” xəbər verir ki, təcrübəli idmançımız finalda uduzmasına aydınlıq gətirib:

“Finalda qalib gəlməyə hazır idim. Amma taktiki səhv etdim. Kiçik səhv ucbatından rəqib ayağımdan tutdu və finalın taleyini həll etdi. Rioya “qızıl” üçün yollanmışdım. Bundan öncəki 2 Olimpiadada bürünc əldə etmişəm. Çempion ola bilmədiyimə görə məyusam. İdmanda hər şey olur”.

Qazyumov karyerası ilə bağlı da danışıb: “İstirahətdən sonra düşünəcəm. Karyeram haqqında qərarı bir anda verə bilmərəm. Uzun yol keçmişəm. İndidən qərarımı vermişəm. Amma yenə də düşünüb yekun sözümü deyəcəm”.