Oğlunu eks-arvadından almaq üçün məhkəməyə müraciət etdi

oglunu-eks-arvadindan-almaq-ucun-mehkemeye-muraciet-etdi
Oxunma sayı: 1105

“Beşiktaş”lı futbolçu Caner Erkin oğlu Çınarın vəlayətini ala bilmək üçün keçmiş həyat yoldaşı Asena Atalay haqqında İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, futbolçu müraciəti vəkili Deniz Ketenci vasitəsilə edib.

İddia ərizəsində ananın həyat tərzinin nizamsızlığı və uşağına qarşı biganəliyi bildirilərək vəlayətin ataya verilməyi tələb olunub.

Qeyd edək ki, 2010-cu ildə evlənən cütlük 2016-cı ildə boşanıb. C. Erkin boşandıqdan sonra aktrisa Şükran Ovalı ilə ailə qurub.