“O, məndən üzr istədi” - “Qarabağ”ın yarımmüdafiəçisi

o-menden-uzr-istedi
Oxunma sayı: 1139

Azərbaycan kubokunun final matçında "Qarabağ” və "Neftçi” komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, matçdan sonra "Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana jurnalistlərin suallarını cavablandırıb.

- "Neftçi"ni məğlub edib "qızıl dubl"a imza atdınız...

- Çox çətin oyun oldu. Düşünürəm ki, oyun ərzində hesabı açmaq və ya fərqi daha da artırmaq üçün qol imkanlarımız oldu. Sonradan hücumlarımızın kəsərini artırdıq ki, rəqibi əks hücumda yaxalamağı bacaraq. Ümumilikdə qələbəyə layiq olduğumuzu və yaxşı oyun sərgilədiyimizi deyə bilərəm.

- Bir neçə epizodda qol vurmaq üçün imkanın olsa da əlinə düşən şanslardan yararlana bilmədin...

- Futbolda belə hallar olur. Bəzən uzun müddət qol vura bilmirsən. Əsas mənim hesabı açmağım yox, komandamın qələbə qazanması idi ki, sonda biz kuboku başımız üzərinə qaldırdıq və "qızıl dubl”a imza atdıq.

- Premyer Liqanı bombardir kimi başa vurdun. Bundan əlavə, iki titul da qazandın. Mövsümü necə dəyərləndirirsən?

- Komanda olaraq çox xoşbəxtik ki, "qızıl dubl" etməyi bacarmışıq. Yaxşı mövsüm keçirdik.

- Azərbaycanda oyanayan ispan və cənubi amerikalı futbolçular arasında yaxın dostluq əlaqələri olur. Necə düşünürsən, Erik Ramos son dəqiqələrdə niyə aqressiv oynadı?

-Bizim Ramosla çox gözəl əlaqələrimiz var. Bu futboldur. Meydançada belə hadisələrə rast gəlmək mümkündür. Bu hadisə də oyun ərzində baş verdi.

- Bəs, Ramos üzrxahlıq etdi?

- Bəli. Erik Ramos matçdan sonra baş verənlərə görə məndən üzr istədi.