O hakim “Qarabağ”a düşəcək?

o-hakim-qarabaga-dusecek
Oxunma sayı: 1220

Xəbər verdiyimiz kimi, “Qarabağ” – “Viktoriya” Plzen matçını türkiyəli FİFA referisi Hüseyin Göçek idarə edəcək.

Qafqazinfo” xəbər verir ki, 39 yaşlı hakim klublarımızın avrokuboklarda keçirdikləri matçlardan 1-ni idarə edib. 2014-cü ilin avqustun 21-də Avropa Liqasının pley-off mərhələsində keçirilən “Partizan” – “Neftçi” matçını idarə edib. Həmin matçda Serbiya klubu “Neftçi”ni 3:2 hesabı ilə məğlub etmişdi. Göçek sözügedən qarşılaşmada “Neftçi”nin heyətində çıxış edən Flavinyo və Bruno Bertuççini sarı vərəqə ilə cəzalandırmışdı.

Hüseyin Göçek Azərbaycan milli komandasının matçını da idarə edib. AÇ-2016-nın seçmə mərhələsində baş tutan İtaliya – Azərbaycan oyununu idarə edib. Matç İtaliya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Türkiyəli referi millimizin heyətində kapitan Rəşad Sadıqov və Rüfət Dadaşovu sarı vərəqə ilə cəzalandırmışdı.