“O, bizim qol silahımızdır”

o-bizim-qol-silahimizdir-
Oxunma sayı: 1676

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” doğma meydanında “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.

"Qafqazinfo" xəbər verir ki, “Lill”in kapitanı Rio Mavuba oyundan sonra açıqama verib: "Oyun çətin keçdi. "Qəbələ" bizi yaxşı təhlil etmişdi. Erkən qol vurmaqla bizi şoka saldılar. İkinci hissədə tam fərqli oyun nümayiş etdirdik. Düşünürəm ki, "comeback" də edə bilərdik. Amma rəqibin qapıçısı və müdafiə xətti ayıq-sayıq oynadı. Cavab oyununda bizi çox çətin mübarizə gözləyir. Mən oyundan əvvəl də bildirmişdim ki, "Qəbələ" yaxşı komandadır".

Mavuba Ederin yoxluğundan da danışıb: "Eder bizim qol silahımızdır. O, cavab matçında bizə lazımdır".