Noyer Bakıya gəlməyəcək

noyer-bakiya-gelmeyecek
Oxunma sayı: 1105

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya millisinin düşərgəsini tərk edib.

Qafqazinfo” Almaniya mətbuatına istinadən xəbər verir ki, buna təcrübəli əlcək sahibinin zədələnməsi səbəb olub.

Belə ki, bir müddət öncə topuğunda zədə olan qolkiper Bundesliqanın XXV turunda “Borussiya” (Münhenqladbax) oyunda zədəsini yenidən bərpa edib. O, sözügedən oyunu sona qədər davam etdirsə də, tibbi müayinədən keçdikdən sonra zədəsinin ciddi olduğu üzə çıxıb.

Buna görə millinin düşərgəsindən kənarda qalan çərçivə qoruyucusunun hansı müddətə sıralara qayıdacağı açıqlanmayıb. İlkin ehtimallara görə, Noyer təxminən 1-2 həftə sonra məşqlərini bərpa edə biləcək.

Baş məşqçi zədələnən qolkiperin əvəzində PSJ-də forma geyinən Kevin Trappı dəvət edib.

Qeyd edək ki, Almaniya millisi martın 22-də İngiltərə ilə yoxlama oyununa çıxacaq. Bundestim bundan 4 gün sonra DÇ-2018-in seçmə mərhələsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq.