"Nişanlanana qədər ailəmin evindən heç ayrılmadım" - Tottidən romantik məktub

nisanlanana-qeder-ailemin-evinden-hec-ayrilmadim
Oxunma sayı: 2661

Dünən 40 yaşı tamam olan və karyerasını bu mövsüm başa vuracaq “Roma”nın əfsanəvi futbolçusu Françesko Totti klubuna vida məktubu yazıb.

Futbolu necə sevdim?

27 il əvvəl Romadakı evimizin qapısı çaldı. Qapını anam Fiorella açdı. Qapının digər tərəfində olan insanlar mənim futbol karyeramı müəyyənləşdirəcəkdi.

Onlar “Milan”dan gəlmişdilər. Komandalarına keçməyimi istəyirlərdi. Nə bahasına olursa-olsun orda çıxış etməyim üçün israr edirdilər.

Əgər romalı uşaqsan yalnız iki seçimin var: - qırmızı və ya mavi. Yəni “Roma” və ya “Latsio”.Amma bizim ailəmizdə seçim 1 dənə idi.

Babamı heç tanımadım. Çünki mən uşaq ikən o vəfat etmişdi. Gedərkən bizə miras qoymuşdu. Nə qədər şanslıyam ki, babam Canluka böyük bir “Roma” tərəfdarı idi. Bu sevgi ondan atama, atamdan isə mənə keçmişdi. “Roma”ya olan sevgimiz bizim üçün müqəddəs idi. Ailəmizin, qanımızın, ruhumuzun parçası idi.

Romada yaşamağımıza baxmayaraq matçları televizorda çox izləyə bilmirdik. Çünki 80-ci illərdə yayım aşağı səviyyədə və çox az idi. 7 yaşım olarkən atam komandamın bir matçına bilet aldı. Çox sevincli idim. “Canavarlar”ın matçını “Stadio Olimpico”dan izləyəcəkdim.

İndi də gözlərimi bağlayıb həmin həyəcanı yenidən hiss edə bilərəm. Rənglər, təzahüratlar, atılan sis bombaları. Mən isə içimdə alov yandıran “Roma” azarkeşi ilə eyni stadionda olan nəşəli uşaq idim. Bu təcrübəni necə izah edəcəyimi bilmirəm.

Bellissimo...

Deyilə biləcək tək şey budur...

“Roman”ın bir parçası olan “San Covanni”də heç kimin məni əlimdə və ya ayağımda futbol topu olmadan gördüyünü düşünmürəm. Hər yerdə futbol oynadıq.

Gənc ikən dahi futbola olan hissim sevgidən başqa bir şey idi. Uğurlu kariyeraya çatmaq üçün hər şeyə sahib idim. Futbol oynamaya klubların gənc komandalarından başladım. Otağımdakı divarda “Roma”nın kapitanı Gianninin yazıları və haqqında çıxan məqalələri olan qəzetlər asılmışdı. O bir simvol idi. “Roma”lı bir uşaq idi, eynilən mənim kimi.

Mən 13 yaşımda ikən qapımız döyüldü. “Milan” yetkililəri yenidən bu komandaya keçməyimi istəyirdilər. Dahi biri olmaq üçün şans.

Bəs, nə etməli idim?

Qərarı mən verməyəcəkdim. Söz sahibi anam idi. Hələ də bu belədir. O, uşaqlarına həddindən artıq bağlı anadır. Hər italyan nada olduğu kimi bir qoruyuculuq var idi içində. Bir şey olacaq kimi evdən ayrılmağımı istəmirdi.
“Xeyr, xeyr” dedi direktorlara. Tək dediyi bu idi: “İnciməyin, amma olmaz”.

Atam, qardaşım məni həftəsonu olan matçlara apardı. Amma bazarertəsindən cüməyə qədər bütün səlahiyyətlə anamda idi. “Milan”a “yox” demək çətindir. Həm də bu transfer ailəmiz üçün çoxlu pul anlamına gəlirdi. Amma anam mənə dərs öyrətdi. “Evim” – bu həyatdakı ən önəmli şeydir.

Bundan bir neçə həftə sonra oynadığım gənc komandanı təqib edən “Roma” mənə transfer təklifi göndərdi. “Sarı-qırmızı” geyəcəkdim.

Anam bilirdi. Kariyeram boyunca bir çox tərəfdən mənə kömək etdi. Bəli, o qoruyucudur və bu indi də belədir. Amma hər gün yaşıl meydana çıxmağım üçün çox fədakarlıq etdi. Həmin günlərin onun üçün çətin olduğunu bilirəm.

Məni məşqlərə anam aparırdı. Meydançanın kənarında gözləyirdi. Bəzən 4 saat gözləmək məcburiyyətində qalırdı. Yağışda, qarda, soyuqda gözləyərdi.

O, gözlədiyi üçün xəyallarımı gerçəkləşdirə bildim.

İlk matçımdan öncə “Stadio Olimpico”da 90 dəqiqə boyunca “Roma” üçün “döüyşəcəyimi” bilmirdim. Bazadan stadiona gedərkən avtobusda oturdum və həyəcanım artmışdı. Gecə yuxumdan qalan sükunət yox olub getmişdi. “Roma” tərəfdarı fərqlidir. O formanı geydiyinizdə sizdən çox şey gözlənilir. Sizə verilən dəyəri vermək qarşılığındasız. Amma səhv etmək hüququnuz yoxdur.

İlk matçım üçün meydançaya çıxdığımda evim üçün oynamağın verdiyi qürur hissinə məğlub olmuşdum. Babam üçün, ailəm üçün.

25 il bu basqı heç dəyişmədi.

Təbii ki, səhvlərim oldu. Hətta 12 il öncə Madrid “Real”ı üçün “Roma”dan ayrılmağı düşündüyüm an var idi. Çox uğurlu, hətta dünyadakı ən yaxşı komanda sizə təklif göndərdirirsə, bu barədə düşünməyə başlayırsan. “Roma” prezidenti ilə danışmışdım və çox şeyi dəyişdirmişdi. Ancaq ən sonda ailəm ilə danışığım həyatın nə olduğunu göstərdi.

Evin hər şeyindir...

39 ildir ki, “Roma” mənim evimdir. Futbolçu olaraq isə 25 ildir ki, bu belədir. İstər Skudettonu qazanmaq, istər Çempionlar Liqasında oynamaq olsun. Komandamı ən yaxşı şəkildə təmsil etdiyimi düşünürəm. Fikrimcə, bu sizi qürurlandırır.

Öz yaşam tərzimi qura biləcək bir adam olduğumu düşünməkdə haqqınız var. Həyat yoldaşım İlari ilə nişanlanana qədər ailəmin evindən heç ayrılmadım. Geriyə baxsam, gündəlik etdiklərim üçün darıxacam. Saatlarla məşqlər, soyunub-geyinmə otağındakı söhbətlər. Ən çox darıxacağım şey isə komanda yoldaşlarımla qəhvə içmək olacaq. Bir gün bura futbol direktoru olaraq dönsəm, onlar yerində olacaq.

İnsanlar soruşur ki, niyə bütün ömrünü “Roma”da keçirdin?

“Roma” mənim ailəm, dostlarım, sevdiyim bütün insanlar. “Roma” dəniz, dağlar, heykəllər. “Roma” təbii ki, romalılar.

“Roma”, sarı və qırmızı
“Roma”, mənim üçün dünyanın özü.

Bu klub, bu şəhər mənim həyatım! Sonsuza qədər.

Elsevər