“Neftçi” yenə uduzdu

neftci-yene-uduzdu
Oxunma sayı: 634

Antalyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb.

Qafqazinfo” xəbər verir ki, "ağ-qaralar" Albaniyanın “Kukesi” ilə qarşılaşıb. Oyun bakılıların 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi"nin qollarını Zdenek Folprext və Cavid İmamverdiyev vurub.

Qeyd edək ki, "Neftçi” ilk yoxlama oyununda Türkiyənin "Sivasspor”la klubu ilə bərabərə (0:0) qalıb, ikinci yoxlama görüşündə “Nasaf”a uduzub (0:1).

Yoxlama oyunu
15 yanvar

"Neftçi" - "Kukesi" - 2:4
Qollar: Zdenek Folprext, 28, Cavid İmamverdiyev, 31 - Dvornekoviç, 15, Pejiç, 36, 90, Kale, 52