“Neftçi” üçün tanış hakim

neftci-ucun-tanis-hakim
Oxunma sayı: 772

UEFA Avropa Liqasında "Neftçi" - "Baltsan" matçının hakimləri müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, cütlüyün cavab matçını ukraynalı hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Yaroslav Kozik, yan xətt hakimləri isə Yevqeni Xalamendik və Viktor Matyas olacaq. 4-cü hakim funksiyasını isə Nikolay Balakın yerinə yetirəcək. "Neftçi" - "Baltsan" matçı 7 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, Yaroslav Kozik bizə tanış hakimdir. O, ötən il iyulun 23-də keçirilən "İnter" – "Hafnafyordur" görüşünün baş hakimi olub. Həmin qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Təmsilçimiz iki görüşün nəticəsinə görə mərhələ adlamışdı.