““Neftçi” oynamadan 3 xal qazandı” - Vaqif Cavadov

neftci-oynamadan-3-xal-qazandi
Oxunma sayı: 1053

AZAL-ın futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasında XX turda "Neftçi"yə evdə 0:1 hesabı iə məğlub olduqları oyundan sonra müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, hücumçu mətbuat nümayəndələrinin suallarını cavablandırıb: 

- Məğlubiyyətin səbəbi nə idi?

- Meydanda vuruşduq, yaxşı oyun nümayiş etdirdik. Sadəcə olaraq, qol vura bilmədik. Mənə elə gəlir ki, bugünkü matçda bərabərlik olsaydı, daha yaxşı olardı. Həm də məntiqli.

- Daha yaxşı yox, ədalətli olardı...

- Düzdür. Yenə də buraxdığımız bir səhvə görə uduzduq. İkinci hissədə hamımız qələbə, ən azı hesabə bərabərləşdirmək istəyirdik. Ona görə qabağa atıldıq. Bu zaman qapımız öncə bəzi təhlükəli epizodlar oldu. Bu da iki sırf iki müdafiəçi ilə qalmağımıza görə idi. "Neftçi"nin belə real imkanları olmadı. Rəqibi təbrik edirəm.

- Kifayət qədər qol epizodları yaratdınız. Qol vurmağınıza nə çatışmırdı?

- Deməzdim ki, bu, ustalıq səviyyəsi ilə bağlı idi. Hamımız qol vurmaq istəyirdik. Futbolda belə olru ki. qol epiuzodu yaratsan da, fərlqənə bilmirək. Növbəti "Kəpəz"lə Gəncədəki matçda hər şey yaxşı olar.

- Baş məşqçiniz Tərlah Əhmədov oyundan sonra əsəbi idi. Sizə nə dedi?

- Heç nə. Əəsbi ona görə idi ki, yaxşı oyun nümayiş ediridk, ancaq uduzduq. "Neftşç" oynamadı, ancaq 3 xalı qazandı. Mənə elə gəlir ki, biz bu gün də 3 xal itirdik.

- AZAL kimi komandalar az qol epizodları yaradır ki, bunun birisəndə oldu. Ancaq baş zərbən qapıdan keçmədi. Onda təəssüflənmədin ki, 3 xal əldən getdi?

- Əlbəttə, istəyərdim ki, qol vurum. Sırf rəqib "Neftçi" olduğuna görə yox. Sadəcə, AZAL-a kömək etmək üçün. Bundan sonra 2-3 qol imkanımız oldu. Sadəcə, son zərbəni dəqiq vura bilmədik. Növbəti oyunlara hazırlaşacağıq. Qarşıda hələ 8 matç var. Baxaq görək necə olacaq.

- Turnir cədvəlində sizdən irəlidə olan "Kəpəz"dən 8 xal geridəsiniz...

- 8 oyun da var. Hər şey mümkündür. "Kəpəz"lə oyunda hər şey biinəcək.