“Neftçi”nin futbolçusu rəsmən Sloveniya klubunda

neftcinin-futbolcusu-resmen-sloveniya-klubunda
Oxunma sayı: 975

“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək.

“Qafqazinfo” xəbər verir ki, Sloveniya təmsilçisindən gələn rəsmi təklifdən sonra “ağ-qaralar” futbolçunun karyerasını xaricdə davam etdirməsinə şərait yaratmaq üçün onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

“Domjale” klubu yerli çempionatda 22 turdan sonra 3-cü pillədə qərarlaşıb.