“Neftçi”nin futbolçusu Bolqarıstana qayıtmaq istəyir

neftcinin-futbolcusu-bolqaristana-qayitmaq-isteyir
Oxunma sayı: 627

"Neftçi"nin futbolçusu Salas Quinta Antonio (Aniete) "Avro-2016"nın seçmə mərhələsində milli komandaların oyunları ilə əlaqadar Premyer Liqamızda yaranan fasilədən istifadə edərək yenidən Bolqarıstana qayıdıb.

“Qafqazinfo”nun qol.az-a istinadən Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu sabiq komandası "Levski"nin ölkə çempionatının 11-ci turunda "Liteks"lə keçirilən oyununu (2:1) stadiondan canlı izləyib.

"Levski"nin idman direktoru Georgi İvanovla görüşən Anyetenin yenidən sabiq klubuna qayıtmaq istədiyi bildirilir. Bu barədə danışan İvanov xəbəri təsdiqləyib: "Bəli, doğru məlumatdır. Anyete mənimlə danışdı və yenidən "Levski"yə qayıtmaq istədiyini bildirdi. Onun "Neftçi" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Nələr olacağını görəcəyik".

Qeyd edək ki, yay transfer dönəmində "Levski"dən "Neftçi"yə keçən 30 yaşlı futbolçunun Bakı klubunda xoşbəxt olmadığı bildirilir.