“Neftçi”nin düşərgəsində yeni futbolçu

neftcinin-dusergesinde-yeni-futbolcu
Oxunma sayı: 866

"Neftçi"nin Paraqvay millisinin sabiq üzvü Ramon Kardosoya təklif göndərdiyi haqda məlumat vermişdik.

Qafqazinfo” xəbər verir ki, forvard baxışdan keçmək üçün "Neftçi"nin Antalyadakı təlim-məşq toplanışına qatılıb. 30 yaşlı futbolçu məşqçilər korpusunu razı sala bilsə, "ağ-qaralar"la müqavilə bağlayacaq.

Qeyd edək ki, Kardosonun son iş yeri ölkəsinin "Deportivo Kapiata" klubu olub. 30 yaşlı hücumçu vaxtı ilə Portuqaliyanın "Panafiel", "Nasional", "Vitoria Setubal" və "Moreyrense" klublarında forma geyinib.