“Neftçi”nin bəhanə ilə göndərdiyi futbolçu Avroliqada oynadı

neftcinin-behane-ile-gonderdiyi-futbolcu-avroliqada-oynadi
Oxunma sayı: 1422

"Neftçi"nin monteneqrolu qolkiper Milan Miyatoviçlə müqavilə imzalamaması haqda məlumat vermişdik.

Qafqazinfo" xəbər verir ki, paytaxt klubu qolkiperin tibbi müayinədən uğursuz keçdiyini bəhanə gətirərək Miyatoviçlə münasibətləri rəsmiləşdirməmişdi.

Keçmiş klubu "Bokel"ə qayıdan 28 yaşlı qapıçı komandasının heyətində Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Voyvodina" klubuna qarşı oyun keçirib.

Matç 1 - 1 hesablı heç-heçə ilə başa çatıb.