“Neftçi”ni bəyənməyib 1-ci divizion klubuna keçdi

neftcini-beyenmeyib-1-ci-divizion-klubuna-kecdi
Oxunma sayı: 879

Çexiya millisinin üzvü Lukaş Droppanın yeni klubunun adına aydınlıq gəlib.

Qafqazinfo” xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Yarımmüdafiəçi ölkənin I liqasında mübarizə aparan "Bandırmaspor" klubu ilə anlaşıb. Bu gün qardaş ölkəyən gələn Droppanın yaxın günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Lukaş Droppa "Tom"dan ayrıldıqdan sonra "Neftçi"dən təklif almışdı. Ancaq o, aşağı yerlərdə qərarlaşan "Neftçi"yə keçməkdən imtina etmişdi. Milli üzvü verdiyi açıqlamada ölkəmizdə yalnız "Qarabağ"ın təklifinə "hə" cavabı verə biləcəyini demişdi.