“Neftçi” ilә adı hallanan mәşqçi İsraildә

neftci-il-adi-hallanan-msqci-israild
Oxunma sayı: 877

AFFA-nın təklifi ilə bir neçə gün öncə ölkəmizə təşrif buyuran və Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının final matçını izləyən Şota Arvaladzeyə ölkəmizə gəlişi düşərli olub.

Qafqazinfo” xəbər verir “Ayaks”ın sabiq futbolçusu, son olaraq Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi kimi çalışan Arvaladze İsraildən sərfəli təklif alıb.

İsrail mətbuatında yer alan məluamata görə, “Makkabi” Şotanın xidmətində maraqlıdır. Məlumatda bildirilir ki, Təl-Əviv təmsilçisi Şotaya 1,5 milyon avroluq təklif irəli sürüb. 43 yaşlı mütəxəssisin yaxın günlərdə İsaril klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Türkiyə mətbuatı isə bu məsələ ilə bağlı maraqlı iddia irəli sürüb. Türk həmkarlarımız Təl-Əviv təmsilçisinin Şotanın keçidini tez bir zamanda həll etmək istəyir. Buna gürcüstanlı mütəxəssisin “Neftçi” ilə danışıqlar aparması əsas göstərilir. Guya “Makabbi” rəhbərliyi Şotanı “Neftçi”nin əlindən almaq üçün ona milyon yarımlıq təklif irəli sürüb.