“Neftçi”dən qovulan futbolçu Rumıniya klubunda

neftciden-qovulan-futbolcu-ruminiya-klubunda
Oxunma sayı: 899

Mövsümün gedişində "Neftçi"dən qovulan Vançe Şikov karyerasını Rumıniyada davam etdirə bilər. 

Qafqazinfo” Rumıniya mətbuatına istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan futbolçu "Dinamo"ya təklif edilib. Makedoniya millisinin üzvünün Buxarest klubuna keçib-keçməyəcəyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Şikov "Neftçi"də ən çox qazanan legionerlərdən biri idi.