“Neftçi”dən əcnəbi baş məşqçi haqda - Açıqlama

neftciden-ecnebi-bas-mesqci-haqda-
Oxunma sayı: 1217

Son günlər mətbuatda "Neftçi"nin əcnəbi baş məşqçi ilə razılığa gəlməsi haqqında informasiyalar yayılır.

Qafqazinfo” goal.az-a istinadən xəbər verir ki, klubun mətbuat xidməti yayılan məlumatların əsassız olduğunu bildirib: "Son günlər bəzi KİV-də "Neftçi"nin hansısa əcnəbi mütəxəssislə danışıqlar aparması yaxud razılığa gəlməsi barəsində məlumatlar yer alır. Bir daha nəzərinizə çatdırırıq ki, "Neftçi" klubu tərəfindən heç bir məşqçi ilə danışıqlar aparılmır və bu mövzuda yayılan heç bir xəbər həqiqəti əks etdirmir. Mövsümün ən vacib oyunu ərəfəsində bu kimi xəbərlərin yayılması komanda daxilindəki ab-havaya təsirsiz ötüşmür. Bu baxımdan bu kimi xəbərləri tirajlamadan öncə dəqiqləşdirməyinizi xahiş edirik".