““Neftçi”də oynamaq istəmirəm”

neftcide-oynamaq-istemirem
Oxunma sayı: 1366

Azərbaycan kubokunun final matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. "Qafqazinfo" xəbər verir ki, matçdan sonra "Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos jurnalistlərin suallarını cavablandırıb.

- Yəqin ki, penaltilər seriyasına hazırlaşırdınız...

- Oyunun sonuna yaxın çox yorulmuşduq. Son dəqiqələrdə istədiyimiz qolu vura biləcəyimizi fikirləşirdim. Amma bunu bacarmadıq. Kuboku qazana bilmədiyimiz üçün çox üzgünük.

- Mövsümü "Neftçi" üçün necə dəyərləndirirsən?

- Premyer Liqanı altıncı pillədə başa vurduq. İstəmirəm ki, bu haqda danışım. Etiraf edim ki, bu bizim üçün çox uğursuz nəticədir.

- "Neftçi"nin heyətində son oyununu keçirdiyini söyləmək olar?

- Dörd ildir ki, "Neftçi"dəyəm. Karyeramı burada davam etdirmək istəmirəm. "Neftçi"nin heyətində son oyunumu keçirdiyimi deyə bilərəm.

- Komandanın heyətində keçirdiyin son oyununda qırmızı vərəqə almaq səni üzmədi?

- Son dəqiqələrdə emosiyaları sahib olmaq çox çətindir. Qırmızı vərəqə aldığıma görə çox pis oldum...

- Ramosu yaşıl meydanlarda çılğın futbolçu kimi tanıyırıq. Amma "Qarabağ"la oyunlarda bunun şahidi olmuruq. Buna hər hansı xüsusi səbəb varmı?

- Düşünürəm ki, daha sakit olmalı idim. Səhvlərə yol vermək istəmirdim. Ona görə də özümü daha sakit aparmağa çalışıram. Çempionat oyunlarında hər şey fərqli olur. Amma bu oyunun əhəmiyyəti çox böyük idi. Heç kim səhvə yol vermək istəmirdi. Mən də sakit olmağa, hər hansı səhvə yol verməməyə çalışırdım.

- Oyunun gedişində Almeyda ilə mübahisən düşdü. Matçdan sonra ona yaxınlaşmışdın. Maraqlıdır, nə söhbət edirdiniz?

- O, mənim qırmızı vərəqə aldığım epizodla bağlı fikrimi bilmək istədi. Amma mən Almeydaya cavab vermədim. Çünki oyun bitmişdi və hər şey geridə qalmışdı.