“Neftçi”dәn növbәti transfer - Çilili yarımmüdafiәçi

neftcidn-novbti-transfer-
Oxunma sayı: 1491

“Neftçi” transfer işlərini davam etdirir.

Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 il müddətinə müqavilə bağlanıb.

Futbolçunun sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olub. 29 yaşlı İqnasio indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” B klublarında çıxış edib.