Nazir Qubada vətəndaşlarla görüşdü - Fotolar

nazir-qubada-vetendaslarla-gorusdu
Oxunma sayı: 634

Bu gün Gənclər və İdman nazir Azad Rəhimov Quba rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Vətəndaşlar tərəfindən edilən müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminat ashələrini əhatə edib.

Gənclər sahəsində edilən müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətləri əhatə edib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.