“Müxtәlif fәrziyyәlәr irәli sürә bilәrik” - Qriqorçuk

-muxtlif-frziyylr-irli-sur-bilrik-
Oxunma sayı: 923

Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu 5:1 hesabı ilə darmadağın edib.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçulardan razıyam. Layiqli qələbə qazandıq. Belə məsələlərlə maraqlanıram. Rəqib güclü komandadır. Sadəcə bu gün belə alındı.

- Zenyovun çıxışından razı qaldız?

- Zenyov bu gün yaxşı oynadı. O da hamı kimi yaxşı çıxış etdi. Futbolçularıma təşəkkür edirəm.

- Bu gün rəqibiniz “Samtredia” idi, yoxsa “Samtritedia”?

- Gəlin, rəqibimizə hörmət edək. Onlar çempionatların 2-ci pilləni tutublar.

- Bu gün qolları legioner futbolçular vurdu. Sizi bəzən transferlərə görə qınayırlar. Həmin insanlara sözünüz var?

- Bəli, bizi tənqid etmişdilər. Həmin insanlara can sağlığı arzulayıram və peşəkar olmaqlarını istəyirəm. Ən çox Antonovu tənqid edirlər. Lakin o, yaxşı futbolçudur. Dodo, Meza Kolli və digər legionerlər yaxşı futbolçulardır. Ola bilər ki, bəzi futbolçuların oyunu alınmasın. Amma “Qəbələ”yə aşağı səviyyəli futbolçu gəlməyib.

- Artıq 2-ci mərhələyə hazırlaşırsınız?

- Xeyr. Biz cavab oyununa hazırlaşırıq.

- Bu gün komanda çox sərbəst idi. Lakin “Qəbələ”ni çempionat oyunlarında belə görmürük.

- Deməzdim ki, asan rəqibə qarşı oynadıq. Bu gün futbolçularım yaxşı oynadı. Biz öz sistemimizlə oynadıq.

- Cavab oyununda gənc futbolçulara şans verəcəksiniz?

- Müxtəlif fərziyyələr irəli sürə bilərik. Əlbəttə, istəyirik ki, gənc futbolçulara şans verək, onlar inkişaf etsinlər.

- “Qəbələ”nin azarkeşləri mövsümün sonunda zəif çıxışa görə Qriqorçuku tənqid etdilər. Bu gün isə sizi alqışladılar. Siz də azarkeşlərdən küsdüyünüzü demişdiniz. Barışıq elan etmək olar?

- Heç bir problem yoxdu. Hər şey qaydasındadır. Mən orada hisslərdən danışmışdım. Amma səhv yazılmışdı. Bəzi insanları peşəkar olmağa çağırıram.

- Rəqibinizin “Aktobe”, yoxsa MTK olmağını istəyirsiz?

- Fərqi yoxdu. Biz istənilən rəqiblə oynamağa hazırıq.

 Elsevər