Millinin heyətində dəyişiklik oldu

millinin-heyetinde-deyisiklik-oldu
Oxunma sayı: 868

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, “İnter”in futbolçusu Abbas Hüseynov yığmanın heyətindən çıxarılıb.

Buna onun zədələnməsi səbəb olub. Bu üzdən də Abbas mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Onun əvəzinə hazırlıq prosesinə “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadə dəvət edilib.