Millimizin üzvü “Fulhem”də!

millimizin-uzvu-fulhemde
Oxunma sayı: 1846

Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirə bilər.

Qafqazinfo” xəbər verir ki, Londonun "Fulhem" klubu 24 yaşlı yarımmüdafiəçinin keçidində maraqlıdır.
İsrafilovun bu gün hazırda İngiltərə çempionatının I divizionunda çıxış edən "Fulhem"in düşərgəsinə gələcəyi gözlənilir.

Qeyd edək ki, son mövsümdə icarə əsasında “Kordoba”da çıxış etmiş yığma üzvü müqavilə ilə "Mursiya"ya məxsusdu. Ötən ildən Azərbaycan millisinə çağırılan Eddi komandamızın heyətində 5 oyun keçirib.