Millimizin üzvü “Bursaspor”dan qovuldu

millimizin-uzvu-bursaspordan-qovuldu
Oxunma sayı: 1781

Türkiyənin “Bursaspor” klubu iki futbolçusunu əsas komandadan uzaqlaşdırıb.

"Qafqazinfo" xəbər verir ki, söhbət millimizin üzvü Dəniz Yılmaz və Sərcan Yıldırımdan gedir.

Bu barədə məlumatı Superliqa təmsilçisinin rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, futbolçular qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırılıblar. Onlara pul cəzasınını veriləcəyi də gündəmdədir.

Qeyd edək ki, Dəniz ötən gün Superliqanın XXI turunda baş tutan “Kayserispor” – “Bursaspor” (2:0) matçının 19-cu dəqiqəsində qırmızı vərəqə almışdı.