Millimizin üzvü Almaniyada növbəti oyununa çıxdı

millimizin-uzvu-almaniyada-novbeti-oyununa-cixdi
Oxunma sayı: 742

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 18-ci turun oyunları keçirilib. Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşov “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb.

Qafqazinfo” xəbər verir ki, Frankfurt təmsilçisi səfərdə "Karlsrue" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Start heyətdə meydana çıxan Dadaşov 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Ayntraxt” 24 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.