Millimizin sabiq üzvü İstanbul klubunda - Foto

millimizin-sabiq-uzvu-istanbul-klubunda
Oxunma sayı: 1307

21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaşın yeni iş yerinin adına aydınlıq gəlib.

Qafqazinfo” xəbər verir ki, son olaraq İzmirin “Altınordu” klubunun şərəfini qoruyan futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi II liqada mübarizə aparan “Ümraniyəspor” klubu ilə münasibətlərini rəsmiləşdirib. Timur İstanbul klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Təməltaş 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində 1 rəsmi oyunda meydana çıxıb.