Millimizin potensial rəqibləri bəllidir

millimizin-potensial-reqibleri-bellidir
Oxunma sayı: 801

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan və FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirin iştirakçılarının böyük əksəriyyəti bəlli olub.

Qafqazinfo”nun məlumatına görə, Rusiya Peşəkar Futbol Departamentinin rəisi Sergey Kulikov bildirib ki, turnirdə 15 komandanın iştirakı artıq dəqiqləşib.

Bu komandalar Hindistan, İran, Azərbaycan, Rusiya, Yunanıstan, Slovakiya, Bolqarıstan, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq yığmalarıdır.

16-cı komandanın adına isə hələ ki, aydınlıq gəlməyib.