Millimizin hücumçusu “Trabzonspor”da debüt edə bilər

millimizin-hucumcusu-trabzonsporda-debut-ede-biler
Oxunma sayı: 921

Sabah Türkiyə Super Liqasında 6-cı tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubu oktyabrın 1-də səfərdə "Karabükspor"la qarşılaşacaq. 5 oyundan sonra yalnız 2 qələbə qazanan "Trabzonspor"un heyətdə müəyyən dəyişikliklər ediləcək.

Komandanın baş məşqçisi Ərsun Yanal hücum xəttində çıxış edən Fabian Kastilyo, Hun-Yun Suk və Muhammed Dəmirin çıxışından narazıdır. Təcrübəli mütəxəssis "Karabükspor"la matçda ilk dəqiqələrdən hücum xəttində Dame Ndoyeyə şans verəcək. Son məşqlərdə ikiqat əzmlə çalışan Ramil Şeydayev isə oyunun gedişində meydana daxil olacaq.

Qeyd edək ki, Şeydayev "Trabzonspor"un heyətində kubok matçında 1 qol vurub. O, Super Liqada debüt etməyib.