Millimiz yerini qorudu

millimiz-yerini-qorudu
Oxunma sayı: 737

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, millimizin mövqeyində dəyişiklik olmayıb. Futzalçılarımız dünya reytinqində 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Braziliya yığması başçılıq edir. Son Avropa çempionu və millimizin dünya çempionatındakı rəqibi İspaniya 2-ci pillədədir. Rusiya yığması isə 3-cü pillədə yer alıb.

Yığmamızın dünya çempionatının qrup mərhələsində digər rəqibi olan İran 6-cı, Mərakeş isə 34-cü pillədədir.