Millimiz üçün daha 3 rəqib

millimiz-ucun-daha-3-reqib
Oxunma sayı: 634

Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında iştirak edəcək daha üç komanda müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, bunlar Misir, Mərakeş və Mozambik yığmalarıdır.

Bununla da dünya çempionatında iştirak edəcək 20 komanda artıq bəllidir. Daha öncə Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya, İspaniya və İtaliya mundiala vəsiqə əldə etmişdi.

Hazırda DÇ-2016-nın sadəcə, dörd iştirakçısının adına aydınlıq gəlməyib. Onların hamısı Şimali Amerikanı təmsil edəcək.

Kolumbiyanın üç şəhərində təşkil olunacaq dünya çempionatın sentyabrın 10-dan oktyabrın 1-nə qədər davam edəcək.