Millimiz oyuna qara sarğı ilә çıxacaq

millimiz-oyuna-qara-sargi-il-cixacaq
Oxunma sayı: 921

Millimiz Belarusla oyuna qara sarğı ilə çıxacaq FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turniri davam edir.

Qafqazinfo”nun məlumatına görə, sözügedən yarışda çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 9-cu yer uğrunda Belarus yığması ilə qarşılaşacaq.

20 yanvar-Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxacaqlar.