Millimiz ¼ finalda

millimiz-finalda
Oxunma sayı: 920

Futzal üzrə Avropa çempionatının final mərhələsində III turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan turnirdə Azərbaycan millisi növbəti mərhələyə yüksəlib.

Belə ki, yığmamızla eyni - D qrupunda mübarizə aparan İtaliya və Çexiya komandalarının qarşılaşması bizim üçün uğurlu olub. İki oyundan sonra hesabında 3 xal olan millimiz İtaliyanın darmadağınla (7:0) qalib gəlməsindən sonra qrupda ikinci yeri tutub və 1/4 finala yüksəlib.