Millimiz 4 qat dünya çempionlarına qarşı

millimiz-4-qat-dunya-cempionlarina-qarsi
Oxunma sayı: 680

Bu gün AÇ-2016-nın seçmə mərhələ oyunlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi də meydana çıxacaq.

Komandamız Bakı Olimpiya Stadionunda İtaliya millisi ilə üz-üzə gələcək. “Skuadra Adzura” üçün həddən artıq vacib olan bur qarşılaşma saat 21:00-da başlayacaq.

Rəqibimiz bu oyunda qalib gələcəyi halda AÇ-nin final mərhələsinə vəsiqəni təmin edəcək.

Robert Prosineçkinin yetirmələri isə Xorvatiya ilə oyundakı sürprizdən sonra İtaliya ilə matçda da yaxşı nəticə göstərmək istəyir.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

21:00. Azərbaycan – İtaliya

Baş hakim: Villyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastair Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Holalndiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
Bakı. Olimpiya stadionu