Millimiz 2017-yə rekord göstərici ilə yollanır

millimiz-2017-ye-rekord-gosterici-ile-yollanir
Oxunma sayı: 1282

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, komandamız ötən aykı mövqeyini qoruyub. Ehtiyatında 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb.

Komandamız 2017-ci ilə bu pillədə yollanacaq. Yığmamız ilk dəfə ili 90-cı yerdə başa vurur və bu, rekord göstəricidir.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 3-cü (), Şimali İrlandiya 32-ci (0), Çexiya 43-cü (0), Norveç 83-cü (+1), San Marino 202-ci (0) pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.