Millətlər liqasında Azərbaycanla Türkiyə eyni yerdə

milletler-liqasinda-azerbaycanla-turkiye-eyni-yerde
Oxunma sayı: 1143

UEFA Millətlər Liqasının divizionları və səbətlərinin növbəti tərkibi müəyyənləşib.

Qafqazinfo” xəbər verir ki, 55 milli 4 liqaya bölünüb. Hazırkı vəziyyətə - ilk iki turnirin yekunları və DÇ-2018-in 4 seçmə oyunundakı nəticələrə əsasən Azərbaycan millisi C liqasında yer alıb. Maraqlıdı ki, Türkiyə millisi də B liqasından yığmamızın yer aldığı C-yə düşüb.

Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra bəlli olacaq. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq.

A Liqası
Almaniya, Fransa, Belçika, Portuqaliya, İsveçrə, İspaniya, İngiltərə, İtaliya, Xorvatiya, Polşa, İrlandiya, Ukrayna

B Liqası
Hollandiya, Rusiya, İslandiya, Macarıstan, Uels, Bosniya və Herseqovina, İsveç, Yunanınstan, Slovakiya, AVstriya, İrasil və Sloveniya

C Liqası
Şimali İrlandiya, Çexiya, Türkiyə, Albaniya, Danimarka, Monteneqro, Serbiya, Bolqarıstan, Şotlandiya, Norveç, Litva, Azərbaycan, Kipr, Finlandiya

D Liqası
Estoniya, Belarus, Gürcüstan, Ermənistan, Latviya, Farer adaları, Qazaxıstan, Moldova, Lüksemburq, Makedoniya, Lixtenşteyn, Malta, Andorra, San Marino, Cəbəllütariq