Milanda bomba həyəcanı

-milanda-bomba-heyecani
Oxunma sayı: 781

Çempionlar Liqasının final matçının keçiriləcəyi Milan şəhərində bomba həyəcanı yaşanıb.

Qafqazinfo”nun Qol.az-a istinadən verdiyi məlumata görə, şəhərin Kadorna metrostansiyasında naməlum çanta aşkar olunub.

Bu səbəbdən bir müddət qatarların hərəkəti dayandırılıb. Təhlükəsizlik xidməti əməkdaşları çantanı yoxlayıb və orada heç bir partlayıcı maddə olmadığı məlum olub.

Təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyi bildirilir.

Qeyd edək ki, bu gün "Real" və "Ateltiko" arasında “San-Siro”da keçiriləcək oyun saat 22:45-də başlayacaq.